RU

Müasir silahlarla təhciz olunmuş gəmilər, radarlar, nəzarət kameraları - Sahil Mühafizə gəmiləri ilə dənizdə MEDİATUR

Müasir
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi media nümayəndələri üçün mediatur təşkil edib. 1news.az xəbər verir ki, media nümayəndələrini Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.
Tədbir çərçivəsində öncə xidmət ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə ziyarət edilib və abidənin önünə gül dəstələri qoyulub. Daha sonra görüş dəyirmi masa ətrafında davam etdirilib. General-leytenant M.Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə media nümayəndələrinə ətraflı məlumat verib. O bildirib ki, Sahil Mühafizəsi fasiləsiz xidmət göstərir və müxtəlif hava şəraitində fəaliyyətini davam etdirir: “Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir və Xəzəryanı ölkələrlə əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi sayəsində xidmətdə olan gəmilər müasir standartlara uyğunlaşdırılıb və hər cür dəniz şəraitində çevik müdaxilə etməyə hazırdır”. Daha sonra media nümayəndələri DSX Sahil Mühafizəsinin Baş Komanda İdarəetmə Mərkəzini ziyarət ediblər. Burada Xəzər dənizində üzən, qaydaları pozan və ya GPS və radar sistemlərini qəsdən və ya təsadüfən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib. Media nümayəndələri Sahil Mühafizə müzeyini də ziyarət edib və eksponatlarla tanış olublar. Bundan əlavə, jurnalistlər Təlim Tədris Mərkəzində olub və tədris prosesini izləyiblər. Sahil Mühafizəsinin rəisi tədris olunan fənlər, metodika və istifadə olunan avadanlıqlar barədə məlumat verib. Daha sonra media nümayəndələri sahil mühafizə gəmiləri ilə dənizə açılıblar. Bu zaman sahil mühafizə gəmiləri açıq dənizdə müxtəlif manevrlər edərək tapşırıqları yerinə yetiriblər. Səfərin növbəti mərhələsində "Şahdəniz" yatağındakı neft-qaz platformalarına vizual baxış keçirilib. Sahil Mühafizəsinin Xəzər dənizində Azərbaycanın neft-qaz infrastrukturunun təhlükəsizliyini yüksək səviyyədə təmin etdiyi qeyd edilib. Səfər zamanı Sahil Mühafizəsinin müvafiq şöbəsinin rəis müavini, III dərəcəli kapitan Əliyar Məmmədzadə media nümayəndələrinə Sahil Mühafizəsinin II dərəcəli “Tufan” gəmisindən məlumat verib: “Bu gəmi Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Zavodunda hazırlanıb və 15 dekabr 2015-ci ildə istismara verilib. Yüksək manevr qabiliyyəti və son texnologiya avadanlıqları ilə təchiz edilmiş bu gəmi üzərinə qoyulan tapşırıqları çevik və dayanıqlı şəkildə yerinə yetirmək imkanına malikdir”.
Избранный
13
3
1news.az

4Источники