RU

Vinisius "Real"la bağlı qərarını verdi

Çempionlar Liqasında "Borussiya Dortmund" matçında fantastik oyun nümayiş etdirərək 3 qol vuran Vinisius Junior "Real Madrid"dəki karyerası ilə bağlı açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, karyerasını “Real Madrid”də yekunlaşdırmaq istədiyini ifadə edib. “Əbədi burda qalmaq istəyirəm” deyənVinisius, bu il də Çempionlar Liqasını qazanmaq istədiklərini ifadə edib. Vinisius, “Çempionlar Liqası bizim turnirimizdir. Yenə də qalib gəlmək istəyirik" - deyə bildirib. Vinisius, "Real Madrid" azarkeşlərinin onun üçün "Qızıl top" şüarlarını səsləndirməsinə də münasibət bildirib. Futbolçu azarkeşlərin onu alqışladığında sevindiyini ifadə edib.

Qeyd edək ki, "Qızıl top"un bu ilki qalibinin Vinisius Junior olduğu deyilir. Vinisius Juniorun "Əl Əhli" klubundan fantastik təklif aldığı barədə xəbərlər dərc edilmişdi.

Избранный
7
13
metbuat.az

10Источники