RU

Zelenski bütün ukraynalılara min qrivna ödəməyi tapşırdı

Ukraynada yeni sosial dəstək proqramı həyata keçiriləcək. Dekabrın 1-dən ölkənin hər bir sakininə min qrivna ödəniləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında dərc olunan axşam müraciətində bildirib.

"Adam başına min qrivna - bir ailə üçün bir neçə minə başa gələcək", - o deyib.

Dövlət başçısının sözlərinə görə, bu pul Ukrayna mallarının və xidmətlərinin, o cümlədən kommunal və elektrik enerjisinin ödənilməsinə xərclənə bilər.

O qeyd edib ki, bu vəsait həm də qatar biletləri, Ukrayna dərmanları, Ukrayna dilində kitablar və “mədəni xidmətlər” almaq üçün istifadə olunacaq.

Turan İSMAYIL

Избранный
29
5
redaktor.az

10Источники