Əməkdar artist Vasif Məhərrəmli növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində kişilərin xəyanətindən söz açıb.
Məhərrəmli bildirib ki, ərinin xəyanətini bağışlayan qadın qəhrəmandır:
“Bizim mental dəyərlərimiz var. Bir qadın ərinin xəyanətini bağışlayırsa, qəhrəmandır. O qadın qəhrəman qadın sayılır. Ailəsini qorumaq, övladlarının gələcəyini, xoşbəxtliyini nəzərə alaraq bağışlayır. Bütün qohumlar da zəng edib başına and içir ki, halal olsun sənə”.