RU

COP29-a qarşı boykot çağırışları: Bu qərarı Bakı verməyib!

COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir. Dolayı yolla bu tədbiri boykot edənlər əslində Azərbaycanı deyil, BMT-ni boykot etmiş olur.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov COP29-a sayılı günlər qala Qərbin Azərbaycana artan təzyiqini şərh edərkən deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi qərarı 200 dövlətin iştirak etdiyi səsvermənin nəticəsində verilib:

“Yəni tədbirin ölkəmizdə baş tutmasını kimsə ya da hansısa dövlət istəmirdisə, bunu səsvermə zamanı bildirməli idi. Əgər səsvermənin nəticəsi belədirsə, buna hər kəs riayət etməlidir. Boykot çağırışları isə tamamilə yersizdir.

Azərbaycan COP29-a ev sahibliyi etmək üçün namizəd olsa da namizədliyi qəbul edən BMT-dir. Yenə COP29-un ölkəmizdə keçirilməsi qərarını da Azərbaycan verməyib. Bu, səsvermədə iştirak edən digər ölkələrin qərarıdır. Onu da deyim ki, bu tədbirdə iştirak məcburi deyil. İştirak etmək istəməyən gəlməyə bilər. Nəticə etibarilə onlar yenə BMT-nin tədbirində iştirak etməyəcəklər”.

T.Zülfüqarov deyib ki, Qərb rəsmilərinin boykot çağırışlarının ya da ölkəmizə qarşı təzyiqlərin pərdəarxasında erməni dairələri dayanır:

“AŞPA-da səslənən fikirlərə də baxdıqda bunu aydın görmək olar. Özü də boykot çağırışı edən ölkələrin arqumentləri də gülüncdür. Misal üçün Norveç COP29-a qatılmadığını bəyan edib. Amma rəsmi Oslo əslində Azərbaycanı boykot etmir. Yəni iştirak etməyən ölkələrin səbəbi tam başqadır.

Bu tədbirin əsas hədəfi odur ki, karbon emissiyasını, ekoloji çirklənməni azaltmaq, yaşıl dünyanı təbliğ etmək üçün maliyyə toplansın. 100 milyard dollar büdcə yığılmalıdır. Norveç və bu qəbildən olan ölkələr bu fonda dəstək verməkdən imtina etdikləri üçün əslində COP29-dan imtina edir.

Norveç bu gün həm neft, həm də qaz emal edən ölkədir. Yəni bu baxımdan onun Azərbaycanı boykot etməsi gülünc və absurddur”.

Избранный
78
1
axar.az

10Источники