RU

Kriştianu Ronaldu ağlayaraq video çəkən fanatını axtarır

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun kapitanı Kriştianu Ronaldu izləyicilərindən ağlayaraq video çəkən azarkeşi tapmağı xahiş edib.

Oxu.Az xəbər verir ki, Ronaldunu AFC Çempionlar Liqasının 2024/25-ci elit mövsümünün 3-cü turunun "Esteqlal"la oyununda (1:0) görən azarkeş emosiyalarını saxlaya bilməyib.

O, Ronaldunun köynəyini tərsinə geyinib ki, portuqaliyalının adı öndə olsun. Azarkeş, həmçinin, "Ronaldu, Ronaldu" deyə qışqırıb. Bu video Kriştianunu biganə qoymayıb. O, həmin şəxsi tapmaq arzusu ilə sosial səhifəsində paylaşım edib: "Mən onu axtarıram! İstənilən məlumat üçün minnətdar olaram".

"Cebheinfo.az"

Избранный
10
1
cebheinfo.az

2Источники