RU

Ermənistan sülh üçün yalvarır – “İrəvanın GİZLİ MƏQSƏDLƏRİ VAR…”

Son vaxtlar Ermənistanda tərəfində baş nazir Nikol Paşinyanla birlikdə daha bir dövlət rəsmisi Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində maraqlı mesajlar verir. Söhbət Ermənistan parlamentinin spikeri Alen Simonyandan gedir. Simonyan son çıxışlarında COP29-un Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün olduqca yaxşı fürsət olduğunu dilə gətirib.

Spiker Bakı və İrəvan arasında sülhə maneə törədə biləcək bir çox ciddi məsələnin həll edildiyini bildirib.

Bəs görəsən, Ermənistan rəsmisinin və digər erməni rəhbərlərinin sülh ritorikası reallığı əks etdirirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq, professor Əlimusa İbrahimov bildirib ki, hər iki erməni rəsmisinin bəyənatları qərbin regiondakı siyasi uğursuzluğundan irəli gəlir:

“Son 10-15 gün ərzində Ermənistan tərəfindən ən yüksək səviyyədə belə bəyənatlar səslənməkdədir. Əvvəllər belə tip çıxışlar təkcə Paşinyan tərəfindən edilirdi, amma son günlər Ermənistan parlamentinin spikeri Alen Simonyan da baş nazirin mövqeyinə qoşulub. Hər ikisi bir ağızdan Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımların artıq öz bəhrəsini verdiyini vurğulayır. Lakin onların ritorikasının nə dərəcədə reallığı əks etdirib-etdirmədiyi sual altındadır. Mən hesab edirəm ki, son zamanlar Cənubi Qafqazda baş verən proseslər, Avropanın və ABŞ-ın regionda təsirlənin yetərincə uğurlu olmadığı nəticəsinə gətirib çıxarır. Yəni qərb ölkələri Cənubi Qafqazda öz istəklərinə tam nail ola bilmirlər”.

Politoloqun fikrincə, Azərbaycanla yekun sülhün imzalanması Ermənistan üçün günün tələbidir:

“Hesab edirəm ki, həm Paşinyan, həm də Simonyanın verdikləri bəyənatın arxasında Gürcüstandakı seçkilərdən sonra, baş verə biləcək hadisələrə hazırlıq dayanır. Daha dəqiq desək, Tiflis hələ Avropaya inteqrasiya prosesində olduğu müddətdə, Ermənistan Aİ-nin Gürcüstanda ciddi mövqe tutacağını və 2030-cu ildə təşkilataq qəbul edəcəyini düşünürdü. Növbəti mərhələdə isə İrəvanın özü Avropa İttifaqına üzvlük müraciəti etməyi hədəfləyirdi. Lakin son siyasi proseslər Ermənistanın gələcək planlarını alt-üst etdi. Alen Simonyan və Nikol Paşinyanın Azərbaycanla sülh istəyi də məhz bu günün tələbindən irəli gəlir”.

Избранный
22
medianews.az

1Источники