RU

Gürcü müxalifətindən İvanişviliyə və Xoşqədəm Hidayətqızına ittiham

“Güclü Gürcüstan”partiyasının nümayəndəsi Ana Natsvlişvili Bidzina İvanişvilini səsvermə qaydalarını pozmaqda ittiham edib...

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun fəxri sədrinin səs verdiyi vaxt məntəqənin bağlanması səbəbindən vətəndaşlar səs verə bilməyib.

Ana Natsvlişvili deyib ki, İvanişvili səsvermə zamanı Gürcüstan qanunlarını pozub: “O, seçki məntəqəsini bağlayan təhlükəsizlik qüvvələrinin görünməmiş səfərbərliyi şəraitində səs verib və oliqarx seçki məntəqəsində olduğundan və vətəndaşlar səsvermə hüququndan istifadə edə bilməyib. Bu qanun pozuntusudur. Bu şəkildə səsvermə Gürcüstanın və ya Avropanın heç bir yerində qanunvericiliyində nəzərdə tutulmayıb”.

Bununla bağlı “Güclü Gürcüstan”ın nümayəndəsi şikayət ərizəsi ilə çıxış edib: “Mən komissiya üzvlərinə müraciət etmək istərdim - rus oliqarxını yox, bu ölkənin qanunvericiliyini müdafiə edin! Bu sizin məsuliyyətinizdir!” deyə, Ana Natsvilişvili xüsusi brifinqdə bildirib.

Bidzina İvanişvilini seçki məntəqəsində təhlükəsizlik tədbirləri müşayiət edib. O, səs verdikdən sonra jurnalistlər ondan şərh almağa çalışsalar da, təhlükəsizlik onlara İvanişviliyə yaxınlaşmağa imkan verməyib.

Müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasının üzvü Nərgiz Əliyeva isə teleaparıcı Xoşqədəm Hidayətqızını hakim “Gürcü Arzusu” partiyasını dəstəkləməklə Gürcüstandakı seçkilərə müdaxilə etməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə qruziya.online saytı məlumat yayıb.

"Xoşqədəm Hidayətqızı aparıcısı olduğu şouda açıq şəkildə təbliğat aparıb, başqa ölkədə keçirilən seçkilərdə konkret partiyanı dəstəkləməyə çağırıb", - N.Əliyeva sosial şəbəkə hesabından bildirib.

O, bunun həm beynəlxalq hüququn, həm də Azərbaycanda media qaydalarının pozulması olduğunu bildirib və bununla bağlı yayımçı ARB Televiziyasına rəsmi məktub göndəriləcəyini bildirib.

“Qanunun bilməməniz sizi məsuliyyətdən azad etmir”.

İddia olunur ki, veriliş zamanı X. Hidayətqızı Gürcüstan-Azərbaycan icmasına seçkilərdə “Gürcü arzusu”na səs verməyə çağırıb.

“Hidayətqızı həmçinin Gürcüstan-Azərbaycan ictimaiyyətini Ukraynanı xatırlamağa çağırıb və deyib ki, Gürcüstanda hakim partiyanın dövründə hər şey “sabit, dinc və Ukraynadan fərqlidir. Son zamanlar Azərbaycan mediasında “Gürcü Arzusu” partiyasının təbliğ etdiyi eyni tezisləri təkrarlayan, eləcə də Gürcüstanın azərbaycanlı icmasını daha açıq şəkildə partiyanı dəstəkləməyə çağıran çoxsaylı məqalələr dərc edib” deyə, bildirilir.

Əliyeva “Facebook”dakı paylaşımında Hidayətqızının Gürcüstan ərazisində potensial hərbi münaqişələr gözlənildiyi ilə bağlı iddialarını soruşub. O, həmçinin Gürcüstan və Azərbaycanın müvafiq qurumlarından “bu məsələ ilə dərhal məşğul olmağı” tələb edib və Hidayətqızını üzr istəməyə çağırıb.

Poliqon.info

Избранный
25
4
poliqon.info

5Источники