RU

Baş məşqçi postuna namizədlə görüşə 4 nəfər göndərdi – Premyer Liqa mənsubu

“Mançester Yunayted” yaxın gələcəkdə baş məşqçisini dəyişə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmız şeytanlar”da Erik Ten Haqı əvəz edəcək əsas namizəd Xavidir.

10 gün əvvəl “Mançester Yunayted”in 4 təmsilçisindən ibarət nümayəndə heyəti ispaniyalı mütəxəssislə danışıqlara gedib. Nümayəndə heyətinə klubun icraçı direktoru Ömər Berrada rəhbərlik edib.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci yerdədir. Erik ten Haqın komandası bazar günü səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Избранный
28
sportinfo.az

1Источники