RU

Özbəkistanda parlament seçkiləri fəal şəkildə keçirilir - seçki komissiyasının üzvü

Daşkənd. Trend:

Özbəkistanda parlament seçkiləri fəal şəkildə keçirilir.

Bu barədə Trend-ə açıqlamasında seçki komissiyasının üzvü SərvərAlimov Daşkənd şəhərinin 19 saylı seçki məntəqəsində deyib.

"Ölkənin yaşlı əhalisi ilə yanaşı, Özbəkistan gəncləri dəsəsvermə prosesində iştirak etməkdə maraqlıdırlar. Gənclər elektronsəsverməyə üstünlük verirlər. Onun sözlərinə görə, bu yeni üsulseçicilər üçün daha əlverişlidir və səslərin sayını aydın şəkildəqeyd etməyə kömək edir", - deyə o vurğulayıb.

Sərvər Alimov əlavə edib ki, məntəqədə səsvermə prosesi sakit,konstitusiya və beynəlxalq standartlara uyğun gedir.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin(parlament) Qanunvericilik Palatası və yerli şuralara deputatseçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkinnəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş AdamlarıHərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş"Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və"Adolat" Sosial Demokrat Partiyası.

Избранный
28
az.trend.az

1Источники