RU

Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda Kiprin “Parnassos Strovolu” komandasına qarşı keçirdiyi ikinci oyunda qələbə qazanıb.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan klubunun 32:29 hesablı üstünlüyü ilə başa çatıb.

Komada bu qələbədən sonra Avro Kubokunun III raunduna vəsiqə əldə edib.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Kür"ün 35:31 hesablı qələbəsi ilə nəticələnmişdi.

"Cebheinfo.az"

Избранный
9
7
cebheinfo.az

8Источники