RU

"Bu, gürcü xalqının Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavabı idi" - gürcü ekspert

Image

“Parlament seçkilərində qalib gəlmək gürcü xalqının böyük əksəriyyətinin son iki ildə, yəni, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavabı idi. Kənar qüvvələrin ölkənin daxili işlərinə qarışmasına, şantajına, hədə-qorxusuna, medialara, agent şəbəkələrinə yatırılan pullara və s. baxmayaraq gürcü xalqı öz layiqli mövqeyini göstərdi. Biz yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qarşı gəldik”.

Bu sözləri mətbuata açıqlamasında gürcü ekspert, “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib. Onun sözlərinə görə, seçkilərdə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan, bu dövlətin möhkəmlənməsində, inkişafında böyük xidmətləri olan azərbaycanlılar da mühüm rol oynayıblar. “Seçkilərdə göstərdikləri qətiyyətə, Gürcüstan dövlətinin gələcəyinə, sülhə səs verən azərbaycanlılara təşəkkürümü bildirirəm. Azərbaycanlılar ölkədə yaşayan bəzi Gürcüstan vətəndaşlarından fərqli olaraq sülhün, sabitliyin tərəfdarlarıdırlar. Əsrlərdir qardaşlıq və dostluq əlaqələrini qoruyub saxlamağı bacaran Gürcüstanın və Azərbaycanın yalnız bir məqsədi var, o da regionda sülhün, stabilliyin bərqərar olmasıdır." -gürcü ekspert vurğulayıb.

Mətləb






Избранный
66
50
baki-xeber.com

10Источники