RU

44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə yetirilib - YENİLƏNİB

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Cəbrayıl rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahveediyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

27 oktyabr, 21.05

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Избранный
12
12
apa.az

10Источники