RU

44 yaşlı cəbrayıllı döyülərək öldürülüb (Yenilənib)

Biləsuvarda 44 yaşlı şəxsi döyərək öldürən 29 yaşlı həmyerlisi saxlanılıb.

Cəbrayıl rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün - Oktyabrın 27-də saat 20 radələrində Cəbrayıl rayon sakini, 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Избранный
9
12
mia.az

10Источники