RU

Regionda baş verənlər Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir



"Avropa Birliyi və NATO-ya üzvlük vədi alan, Ukrayna, Gürcüstan və Moldova, digər postsovet ölkələrinə nisbətən Rusiyanın diqqət mərkəzində olublar və bu ölkələrdə baş verənlər Rusiya üçün xüsusi əhəmiyyət kəsb edib. Qərb verdiyi vədlərə sadiq çıxmadığından və bu ölkələrə tam olaraq dəstək verməməsindən dolayı bu ölkələr, sonda yenidən Rusiyanın təsir və təqibləri altına düşdülər və Gürcüstanda baş verən hadisələr də məhz bu səbəbdəndir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən səsləndirib. O bildirib ki, Rusiya Moldovada keçirilən seçkilərdə bir o qədər də fəal görünmədi, amma Gürcüstanda bunun tam əksini gördük:

"Rusiya Moldovanın əvəzində Gürcüstanı aldı kimi görünən, postsovet məkanında gedən Qərblə apardığı mübarizədə, Cənubi Qafqazı heç bir halda əlindən vermək istəmir, demək olar. Bu baxımdan Gürcüstan böyük ehtimalla ki, Qərb tərəfindən dəstək ala bilmir və bu səbəbdən Gürcüstanda davamlı olaraq etirazların olacağı gözlənilmir. Yaxın gələcəkdə hökumətin Rusiya ilə əlaqələr quraraq, yeni dönəmə start verəcəyi, düşüncəsindəyəm".

Anar Əliyev
Избранный
22
newscenter.az

1Источники