Bakıda Əziz Əliyev küçəsində velosiped zolaqları təşkil edilərək sakinlərin istifadəsinə verilib.
Teleqraf.com-un xəbərinə görə, bu zolaqlar şəhərdə velosiped sürənlərin təhlükəsizliyini artırmaq və ekoloji nəqliyyatın inkişafını dəstəkləmək üçün nəzərdə tutulub.
Məlumata görə, velosiped yolu şəbəkəsinin genişəndirilməsi bundan sonra da davam etdiriləcək.
Müəllif: Teleqraf.com