RU

Azərbaycanda ailə faciəsi: ölən var

Coratda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Editor.az  APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onun qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb. Onun qızı və nəvəsi isə xəstəxanaya çatdırılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Избранный
5
6
editor.az

10Источники