RU

Qasım Polşada “bürünc” qazandı

Atletimiz Qasım İsmayılov (67 kq.) Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, birdənqaldırma yarışında 120 kq. nəticə göstərmiş Qasım bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində daha yaxşı təsir bağışlayan idmançımız 153 kq. çəkinin öhdəsindən gəlməklə bu növdə bürünc mükafat əldə edib. Atletimiz iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda 273 kq. nəticə göstərmiş Qasım İsmayılov Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bugün daha 2 atletimiz Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq.) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Избранный
29
4
futbolpress.az

5Источники