RU

Aktyor və arvadının ölümünün araşdırılmasında Rusiya İstintaq Komitəsi də İŞTİRAK EDƏCƏK

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və onun həyat yoldaşı Lyudmilanın qətlinin araşdırılmasında azərbaycanlı həmkarları ilə əməkdaşlığın təşkili barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yerli hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi üzrə araşdırma aparır: "Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və yaradılmış səmərəli əməkdaşlığı nəzərə alaraq, Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlı həmkarlarına müraciət edir və cinayət işinin araşdırılmasında mümkün köməklik göstərməyi təklif edir".

Qeyd edək ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Bizim.Media

Избранный
32
10
bizim.media

10Источники