RU

Alla Puqaçova Rusiyaya qayıtmaq istəmir

2022-ci ilin yazında Rusiyanı tərk edən məşhur estrada müğənnisi Alla Puqaçova yaxın gələcəkdə ölkəsinə qayıtmaq niyyətində deyil.

Modern.az xəbər verir ki, bu barədə TASS müğənniyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Puqaçovanın yaxın vaxtlarda Rusiyaya qayıtmaq niyyətində olub-olmaması ilə bağlı suala mənbə belə cavab verib: “Xeyr”.

Puqaçovanın hazırda ABŞ-da yaşadığı barədə yayılan xəbərlər də təkzib edilib. “Bu yalandır. Alla Borisovna ABŞ-da yaşamır”, - mənbə bildirib.

Alla Puqaçova 2023-cü ildə mərhum modelyer Valentin Yudaşkinin dəfn mərasimi zamanı qısa müddətə Rusiyaya gəlib. Bu ilin oktyabr ayının əvvəlində onun son vaxtlar yaşadığı İsraili tərk edərək Kiprdə məskunlaşdığı məlum olub.

Избранный
24
modern.az

1Источники