Mərkəzi parkın 3-cü hissəsində işlər yekunlaşmaq üzrədir.
Milli.Az xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən mərkəzi parkın davamında aparılan işlər sona çatır.
Qeyd edək ki, keçmiş "Sovetski" adlanan ərazidə, Mərkəzi Parkın 3-cü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanılmışdı.
Ərazidə qalan tarixi hamam da bərpa olunub, oranın milli kitabxana kimi istifadəyə verilməsi planlaşdırılır.
Parkın 3-cü hissəsi 8,2 hektar ərazini əhatə edir.
İnqilab Məmmədov
Milli.Az