Almaniya və Xorvatiya Ukraynaya sovet dövründən qalma 30 döyüş tankı və Xorvatiyanın ehtiyatında olan 30 zirehli personal daşıyıcısı vermək barədə niyyət məktubu imzalayıb.Almaniya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, müdafiə naziri Boris Pistorius və Xorvatiyanın müdafiə naziri İvan Anusiç Berlində Qərbi Balkanlardakı vəziyyəti, Ukraynaya dəstək və Xorvatiya Silahlı Qüvvələrinin modernləşdirilməsini müzakirə ediblər.Pistorius və Anusic Almaniyanın maliyyə dəstəyi ilə Xorvatiyaya Sovet dövründən qalma 30 döyüş tankı və 30 zirehli transportyor, habelə onların ehtiyat hissələri və sursatlarının Ukraynaya verilməsi barədə niyyət məktubu imzalayıblar.Xorvatiya Almaniyanın Leopard 2A8 döyüş tanklarının alınması üçün ayırdığı maliyyə dəstəyindən də istifadə edəcək.Almaniya müdafiə naziri Pistorius Xorvatiyanın bu il Ukraynaya ilk tankları təslim edəcəyini bildirərək, "Ukraynaya dəstək verməklə vaxt itirməməyimiz vacibdir" deyib.Xorvatiyanın müdafiə naziri Anusiç də hökumət olaraq Xorvatiya Silahlı Qüvvələrinə sərmayə qoymağa davam etdiklərini ifadə edərək, “Xorvatiya ordusu müasir və güclü Leopard 2A8 döyüş tankları ilə təchiz olunacaq. Beləliklə, biz Sovet istehsalı olan müdafiə texnologiyalarını, silah və texnikanı Qərb istehsalı olanlarla əvəz etməyə davam edirik” qeyd edib.Anusiç vurğulayıb ki, Almaniya ilə bu əməkdaşlıq çərçivəsində yeni müdafiə texnikası almaq imkanı əldə ediblər və eyni zamanda Ukraynaya kömək ediblər.Mənbə: AA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта