RU

İranın ali rəhbərinin "X"dəki ivrit dilində olan hesabı blokdan çıxarılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"X" sosial şəbəkəsinin rəhbərliyi İranın Ali Rəhbəri Əli Xameneinin ivrit dilindəki hesabının blokunun açıldığını bildirib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Hesabın fəaliyyəti platformanın qaydalarının ehtimal olunan pozulmasına görə oktyabrın 27-də dayandırılıb və təxminən bir gün bağlı qalıb. Bu zaman Xameneinin digər dillərdəki hesabları əlçatan olaraq qalıb.
Blok İranın ruhani liderinin "İsrailin İrana qarşı buraxdığı səhv"dən bəhs edən paylaşımından sonra tətbiq edilib. Paylaşımda - "Biz ona İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu başa salacağıq", - deyilirdi.
Oktyabrın 26-da İsrail hərbçiləri çoxsaylı fasiləsiz hücuma cavab olaraq İran ərazisindəki hərbi obyektlərə zərbələr endirdiklərini bildirmişdilər. İran hava hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi obyektlər hücuma məruz qalıb, lakin ziyan məhdud xarakter daşıyıb.
Избранный
77
1
oxu.az

1Источники