RU

İlkin Əhmədovun iddialarına qarşı verilişdən AÇIQLAMA

"Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".

 

Bu sözləri xanəndə İlkin Əhmədov Axşam.az-a açıqlamasında deyib.


 
Onun bu fikirləri səsləndirməsinə səbəb isə ötən gün "7 tamam" verilişində xanəndəyə 3-cü dəfə ata olacağı ilə bağlı xəbərin verilməsi olub.


 
Özəl həyatının ekranda danışılmağını doğru hesab etməyən İ. Əhmədov verilişin heyətinə xəbərdarlıq edib:


 
"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm" deyə o bildirib. AZXEBER.COM məsələ ilə bağlı verilişin yaradıcı heyəti ilə əlaqə saxlayıb.


 
Redaksiyamıza geniş açıqlama verməyən əməkdaşlar bildirib ki, onlar xanəndənin bu çıxışından xəbərsizdirlər: "Dünən İlkin müəllim verilişimizin qonağı olub. Tək dünən yox, hər zaman onu xüsusi diqqət və sevgi ilə dəvət etmişik. O da eyni hörmətlə verilişimizdə iştirak edib. Qaldı ki, digər məsələyə bununla bağlı bizim bir məlumatımız yoxdur". 

Tarix: 29 Oktyabr 2024, 14:01   
Избранный
51
1
pravda.az

2Источники