RU

Virciniyada azərbaycanlı uşaqların rəsm sərgisi açılıb

Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə balaca soydaşlarımızın “Mənim sehrim” adlı rəsm sərgisi təşkil olunub.

Diasporla iş üzrə Dövlət Komitəsindən bildirilib ki, sərgidə rəsm müəllimi Aytən Mövlamovanın təlim verdiyi 10 şagirdin 40-dan çox rəsm əsəri nümayiş olunub.

Sərgiyə Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Mahmud Mahmudzadə də qatılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova layihənin davamlı olaraq həyata keçirilməsinin Azərbaycan icmasının birliyini möhkəmləndirdiyini və uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından önəmli olduğunu vurğulayıb.

Sərgidə iştirak edən uşaqlara və digər ziyarətçilərə müxtəlif hədiyyələr təqdim olunub.

Избранный
13
3
xalqqazeti.az

4Источники