RU

FHN hava limanlarında təlim keçirib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QapalıSəhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkəərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlərkeçirib.

FHN-dən Trend-ə bildirilib ki, Bakıda yerləşən Heydər ƏliyevBeynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan havalimanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğıntəhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladəhallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eynizamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasındaxilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanıngücləndirilməsinin təşkili olunub.

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinintəşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət YanğındanMühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə,Şimal-qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan MuxtarRespublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri,eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.

Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlaruğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nailolunub.

Məqalədə:
Избранный
22
32
az.trend.az

10Источники