RU

Dövlət Xidmətinə 9 ayda istehlakçılardan 6 minə yaxın müraciət daxil olub

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi və istehlakbazarına nəzarət sahəsində 5 597 müraciət daxil olub.

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 2 868-i qeyri-qida, 2 291-i xidmət, 275-i qida, 99-u dərman vasitələri və tibbi avadanlıqlar, 64-ü digər məsələlərlə bağlı olub.

"İstehlakçıların hüquqlarının etibarlı müdafiəsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir", - deyə qurum bəyan edib.

DövlətDövlət
Избранный
51
2
fed.az

3Источники