RU

Bakıda qadına qarşı soyğunçuluq edən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Orxan Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.



İttihama görə, hadisə 23 may 2023-cü il tarixdə, saat 1:40-da Yasamal rayonu ərazisində qeydə alınıb.



Belə ki, Orxan Abbasov zərərçəkmiş S.İsayevaya yaxınlaşıb onun sağ əlində saxladığı içərisində 400 manat dəyərində "İphone” markalı mobil telefon dartıb alaraq hadisə yerindən uzaqlaşıb.



Hadisədən sonra Orxan Abbasov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.



Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Orxan Abbasovun cəzasını artıraraq 2 il həddində müəyyən edib.

 

Kamal Məmmədov 







Tarix: 30 Oktyabr 2024, 10:30   
Избранный
55
pravda.az

1Источники