RU

2 nəfərin qatarın altında qalıb ölməsi ilə bağlı AÇIQLAMA

Dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Musavat.com bu barədə ADY-yə istinadən xəbər verir. 

"Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Hər iki şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - məlumatda deyilir. 

Избранный
22
33
musavat.com

10Источники