RU

“Azadlıq” radiosunun prezidenti Stiven Kapus Fərid Mehralızadəni azad etməyə çağırır

“Azadlıq” radiosunun prezidenti Stiven Kapus  jurnalist və iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb.

"Bu gün (oktyabrın 30-da) “Azadlıq” radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin haqsız həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq", –Kapus bildirib.

Mehralızadə iyunun 1-də qaçaqmalçılıq ittiham irəli həbs edilib. Sonradan digər iqtisadi cinayətlərdə də ittiham olunub.

Sentyabrın 6-da Mehralizadənin həbs müddəti dekabrın 19-na qədər uzadılıb.

O, ittihamları rədd edərək onları uydurma hesab edir. Hüquq müdafiəçiləri Fərid Mehralızadəni siyasi məhbus kimi tanıyıblar.

Избранный
23
turan.az

1Источники