Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla bağlı təklifinə münasibət bildirib.
“Cebheinfo.az” xəbər verir ki, dövlət başçısı MHP liderinin təklifini dəstəkləyib.
Ərdoğan bunu “tarixi fürsət” adlandırıb:
“Dövlət bəy üslubu, danışığı, sözləri, siyasəti və cəsur çıxışı ilə daima tarixə düşən, tarixi istiqamətləndirən bir liderdir.
Milliyətçiliyin nə olduğunu ən açıq, ən təmiz və ən diqqətçəkən şəkildə izah edib. Onun son çağırışlarını bu aspektdən oxuyanlar tarixi fürsət pəncərəsini görür və həyəcanlanırlar”.