11-ci turun qolsuz bitən yeganə oyununda “Sabah”la “Neftçi” qarşılaşdı.
“Bayquşlar”ın qapıçısı Nicat Mehbaliyev oyundan sonra “Football-plus.az”a müsahibə verdi.
- “Neftçi” ilə oyunda qazandığınız bir xalı necə dəyərləndirərdin?
- Hər iki komanda üçün çox vacib oyun idi. Sadəcə, evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Futbolun belə ədalətsizliyi olur. Penaltini vura bilmədik, qol imkanlarından yararlanmadıq. Bizim üçün çox üzücüdü. Bəzən futbol ədalətsiz olur,yaxşı oynasan da, uda bilmirsən.
- Son turlarda səni əsas qapıçı kimi görürük. Start heyətində yerini qorumaq üçün çalışırsanmı?
- Daim start heyətində oynayırsansa, nə gözəl, amma heç kin ehtiyatda qalmaqdan “sığortalanmır”. Çünki zədə, xəstəlik var. Hər həftə məşqlərimizi edirik. Çalışırıq ki, hər oyuna hazır olaq. Məşqçi şans verəcəyi təqdirdə komandama kömək etməyə çalışacam.
- Ölkə çempionatının səviyyəsi ilə bağlı nə düşünürsən?
- Ötən illə müqayisədə bu il avrokubok uğrunda oynayan komandaların gücü dəyişib. Bu siyahıya "Araz-Naxçıvan"la "Turan Tovuz" da əlavə olunub. Bütün komandalar ora can atır. Həqiqətən çətindi. Onsuz da Azərbaycan çempionatı rəqabətlidi. Ola bilər, kənardan asan görünür, komanda sayı azdı. Amma belə deyil. Komanda sayı az olsa da, hər bir klub keyfiyyətlidi. Yəni bu gün 8-9-cu yerdə olan komanda gəlib 2-3-cu yerdəki komandadan xal alır. Axırıncı yerdə olan klub "Qarabağ"a belə başağrısı ola bilir. Ona görə heç kim nəticəni əminliklə deyə bilmir. Bu da səviyyənin dəyişməsi, rəqabətib artması deməkdi.
- Yusif Rzayevi Renduliçin daha çox şans verdiyi qapıçı kimi görürük. Sən ondan daha təcrübəlisən. Qapıçılar arasında güclü rəqabət varmı?
- Komandamızda futbolçular arasında yaxşı münasibət var. İstər legionerlərlər, istərsə də yerli futbolçular çox mehribandı. Yusifdən yaşca da böyüyəm. Böyük qardaş kimi ona həmişə dəstəyəm. O da balaca qardaş kimi yerini bilir, qarşılıqlı hörmətimiz var. Meydanda rəqabətdəyik, meydandan kənarda qardaşıq.
- Hə futbolçu istəyir ki, milliyə çağrılsın.
- Yığma barədə suala cavab vermək istəmirəm. Həmişə demişəm ki, milli bizim qürurumuzdu. Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Bizim ürəyimiz daim millilədi. Əsas yığmamızın uğurları, qələbələri çox olsun. Bu qədər.
RÖYANƏ OĞUZ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта