RU

İspaniya Kubokunun iki oyunu qasırğaya görə təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) qasırğanın təsirlərinə görə ölkə kubokunun ilk mərhələsində 2 oyunun təxirə salındığını açıqlayıb.

Arena.az məlumat verir ki, “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” oyunları təxirə salınıb:

“Ölkəmizin bir hissəsində baş vermiş qasırğanın yaratdığı əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün, oktyabrın 30-da keçiriləcək Kral Kubokunun ilk mərhələsinin oyunları təxirə salınıb. Xüsusilə, söhbət “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” oyunlarından gedir.

Mövcud şəraitə görə, sabah, cümə axşamına nəzərdə tutulmuş, Kral Kubokunun digər oyunlarının da təxirə salına biləcəyi ehtimalı var”, – İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinin açıqlamasında deyilir.

Xatırladaq ki, daha əvvəl “Valensiya” İspaniya Kral Futbol Federasiyasına müvafiq müraciət ünvanlayaraq, oyunun təxirə salınmasını rica etmişdi.

Əlavə edək ki, İspaniya La Liqasının 12-ci turu çərçivəsində “yarasalar”ın “Real”ı qəbul edəcəyi, noyabrın 2-də keçirilməsi nəzərdə tutulmuş oyun da təxirə salına bilər.

Bölgədə baş vermiş qasırğa nəticəsində həyatını itirmiş şəxslərə matəm tədbiri nəzərdə tutulub. Belə ki, İspaniya Kral Futbol Federasiyasının bayrağı altında keçiriləcək matçlar 1 dəqiqəlik sükutla başlayacaq. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ölkədə baş verən qasırğa və daşqınlar nəticəsində ölən insanların xatirəsi bu şəkildə yad ediləcək.

Qeyd edək ki, təbii fəlakət nəticəsində İspaniyada 50-dən çox insanın həyatını itirdiyi bildirilir.

Избранный
105
19
arena.az

10Источники