RU

Zelenski Putinin sülh sammitində iştirakının mümkünlüyündən danışıb

Rusiya diktatoru Vladimir Putin sülh sammitində iştirak etmək istəmir. Müharibə bitdikdən sonra nə edəcəyini bilmir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin Şimali Avropa ölkələrinin aparıcı KİV nümayəndələri üçün müsahibəsinə istinadən məlumat yayıb.

Dövlət başçısı vurğulayıb ki, istənilən danışıqlardan əvvəl Ukraynanı gücləndirmək lazımdır.

Onun sözlərinə görə, Kiyev Rusiyanın ikinci sülh sammitində iştirakına hazırdır, lakin bunun üçün sülh planı olmalıdır. Qlobal Cənubdakı ölkələri buna cəlb etmək planı da lazımdır.

Zelenski əmin edib ki, əgər belə məqamlar BMT Nizamnaməsinə əsaslanarsa və hərbi əməliyyatların dayandırılmasına kömək edərsə, Ukrayna öz planını Çin, Braziliya və digər ölkələrin təklif etdiyi bəndlərlə tamamlamağa hazırdır

Prezidentin qeyd etdiyi kimi, Kiyev istənilən halda noyabrda sülh planı hazırlayacaq və başqa ölkələrdən də təklif olarsa, birgə plan yaradıla bilər.

"Əgər onlar (Qlobal Cənub ölkələri - red.) Putini dəvət etmək istəyirlərsə, yaxşı, qoy dəvət etsinlər. Amma bir şey var. O, bunu istəmir, çünki  müharibədən sonra nə edəcəyini bilmir. Bizim planımız var, amma onun öz xüsusi planı var”, - deyə Zelenski vurğulayıb.

QAZİLER.AZ

Избранный
62
qaziler.az

1Источники