ABŞ Ticarət Nazirliyi 40-dan çox fiziki və hüquqi şəxsə qarşı ixrac məhdudiyyətləri tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilən bildirişdə əksini tapıb.
Açıqlamada bildirilir ki, Rusiyadan 13, Çindən 11, Hindistandan 5, Malayziyadan 2, Sinqapurdan 1 və Türkiyədən 14 struktura qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Onlar “ABŞ-ın xarici siyasətdə milli təhlükəsizliyi və maraqlarına zidd” hərəkət ediblər.
Musavat.com