RU

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən keşiş saxlanıldı - İkonlara baxmağa çağırmışdı...

Rusiyanın Tula vilayətində keşiş 12 yaşlı məktəbli ilə birlikdə filmə baxdıqdan sonra ona əxlaqsız təkliflər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, 62 yaşlı keşiş səhər ibadətlərinə gələn oğlana hədiyyələr verib və daha sonra onu müxtəlif ikonaları və digər kilsə qablarını nümayiş etdirmək üçün evinə dəvət edib.

Zərərçəkənin sözlərinə görə, keşişin yanına gələndə onlar divanda uzanaraq filmə baxıblar, keşiş bu prosesdə onu sığallamağa başlayıb və bir anda onu "böyüklər kimi" öpüb. Uşaq qorxaraq keşişdən onunla bir daha belə davranmamasını istəyib. Ancaq keşiş uşağa baş verənlərin tamamilə normal olduğuna inandırıb.

Bütün bunlardan sonra keşiş davamlı olaraq oğlanla yazışıb və mesajlarında tez-tez erotik təsvirlərdən istifadə edib.

Bir müddət sonra azyaşlının anası oğlunun qəribə davrandığını, pis yatdığını və özünü xəsarətlər verdiyini müşahidə edib. Anası ilə söhbətdə məktəbli keşişin ona sataşdığını etiraf edib. Qadın oğlunu psixoloqa aparıb, oğlana kəskin stress pozğunluğu diaqnozu qoyulub.

Keşiş barəsində cinayət işi açılıb. Kişi özünü günahkar hesab etmir. Dindirmə zamanı o, yeniyetmənin könüllü olaraq nəvəsi ilə oynamaq üçün yanına gəldiyini vurğulayıb. Həmçinin, o bildirib ki, bütün bunlar oğlanı dindən uzaqlaşdırmaq istəyən valideynlərinin planıdır.


Müəllif: Arzu
Избранный
28
teleqraf.com

1Источники