Çinin cənubundakı Haynan ada əyalətində "Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb...
“Report”un “Sinxua” agentliyinə istinadən məlumatına görə, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb.
“Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.
Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.
Poliqon.info