RU

"8-ci kilometr bazarı"nın ətrafında obyektlər SÖKÜLÜR - VİDEO

Bakının “8-ci kilometr bazarı”nın ətrafındakı qanunsuz obyekt və piştaxtaların sökülməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, satıcılardan bəziləri iddia edirlər ki, söküntü işləri ilə bağlı onlara əvvəlcədən məlumat verilməyib.

Bəzi satıcılar isə bunun əksini iddia edirlər.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadllq və yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur.

O da bildirildi ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib. 

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

Избранный
5
2
bizim.media

3Источники