La Liqanın 12-ci turunda keçiriləcək “Valensiya” - “Real Madrid” matçı təxirə salına bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Bildirilib ki, buna səbəb Valensiyada olan qasırğadır.
Qeyd edək ki, “Valensiya" - “Real” qarşılaşması 2 noyabr tarixində keçirilməlidir.
Xatırladaq ki, bu gün keçirilməli olan kubokun “Valensiya” - “Parla Eskuela” və “Levante” - “Pontevedra” matçları da təxirə salınıb.