ABŞ-da 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış soğan olduğu məlum olub.
McDonald’s səhmləri ABŞ-da zəhərlənmə xəbərindən sonra ucuzlaşıb
FED.az xəbər verir ki, 13 ştatda yoluxma halları qeydə alınıb. Ən çox yoluxma Kolorado və Montanada olub: Koloradoda 29, Montanada isə 17 yoluxma təsdiqlənib.
Bu xəstələrdən 27-si xəstəxanaya yerləşdirilib, ikisi isə böyrək çatışmazlığına səbəb ola biləcək HUS sindromu inkişaf etdirib. Koloradoda bir ölüm halı qeydə alınıb.
ABŞ səhiyyə rəsmilərinin araşdırmalarınaa əsasən, Quarter Pounder-də istifadə olunan doğranmış soğanın yayılma mənbəyi olduğunu bildirib. McDonald's bəzi ştatlarda bu menyudan soğanı çıxarıb. Təchizatçı Taylor Farms da təsirlənən restoranlara verilən soğanları geri çağırıb.