RU

İspaniyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı 95-i keçib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, Valensiyada bir gün ərzində illik yağıntı norması düşüb. Bu yağıntı 2021-ci ildən bəri Avropada ən çox ölüm və fəlakət törədən daşqınlara səbəb olub.
Qeyd olunur ki, ölənlərin sayının artımı gözlənilir. Vilayətdə yollar bağlanıb, dəmir yolu nəqliyyatı dayandırılıb. Portağal istehsalçısı olan fermalar dağılıb. Həmçinin fırtına digər bölgələrə də zərbə vurub.
Избранный
15
50
oxu.az

10Источники