“COP29 zamanı portal və qida satış nöqtələrində, restoran və kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək”.
APA xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
A.Zeynalov qeyd edib ki, yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar.