RU

Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir –

Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir. Bu acınacaqlı haldır və məni çox təsirləndirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin oktyabrın 31-də keçirilən iclasında deyib.

 

O qeyd edib ki, keçirilən rəy sorğusunun nəticələrinə görə, insanların bir hissəsi dövlət müstəqilliyi gününü düzgün deyir, ayı səhv salır, digər hissəsi isə əksinə, ayı düzgün desə də, günü səhv salır.

 

“Biz bu problemi informasiya işimizə daxil etməliyik ki, vətəndaşlar öz dövlətlərini, onun nə olduğunu, necə işlədiyini, bütün üstünlükləri və mənfi cəhətləri ilə bilsinlər”, - deyə Paşinyan vurğulayıb.

Избранный
12
3
senzor.az

4Источники