Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Norveç hökuməti Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq və Kiyevə əlavə olaraq 1,3 milyard kron (təxminən 118,4 milyon dollar) verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu resursun xüsusilə F-16 təyyarələri üçün silah və ehtiyat hissələrinin alınmasına yönəldiləcəyini bildirib.
Nazir bildirib ki, Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Oslo Kiyevə 130 şişmə qayıq göndərəcək.
Norveçin baş naziri Jonas Qahr Stor iyul ayında Vaşinqtonda keçirilən NATO Sammitində verdiyi açıqlamada krallığın Ukraynaya 6 ədəd F-16 təyyarəsi verəcəyini və onların tədarükünün bu il başlayacağını bildirib.