Rusiyada miqrant uşaqları üçün məktəbə qəbul zamanı rus dili imtahanın məcburi tətbiqi təklif olunub.
Bu təkliflə Rusiya Dövlət Dumasınım \"Yeni insanlar” fraksiyası çıxış edib.
Parlamentarilər məktəbə qəbul zamanı miqrant uşaqlar üçün məcburi rus dili imtahanının tətbiqini təklif edir.
\"Bu, müəllimlərin üzərinə düşən yükün azaldılmasına və tədris prosesi zamanı bütün şagirdlər üçün bərabər şəraitin yaradılmasına kömək edəcək. Əgər uşaq hazırda rus dilində kifayət qədər danışmırsa, onun bu imtahana hazırlaşmaq üçün bir ili var. Üstəlik, rus dilinə hazırlıq vergi ödəyicilərimizin hesabına yox, məhz valideynlərin hesabına aparılmalıdır.
Biz həmçinin miqrantlar üçün imtahanı çətinləşdirmək, ona şifahi hissənin əlavə olunması təşəbbüsü ilə Təhsil və Elm Nazirliyinə müraciət etmişik. Çünki dil bilmək inteqrasiyanın əsasını təşkil edir”, - deyə \"Yeni insanlar\" fraksiyasından olan deputat Kseniya Qoryaçeva bildirib.
///report