RU

Moldova Konstitusiya Məhkəməsi seçkinin nəticələrini tanıdı

Moldova Konstitusiya Məhkəməsi respublikanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun nəticələrini tanıyıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət qurumunun rəhbəri Domnika Manole bildirib.

"Məhkəmə konstitusiya referendumunun nəticələrini təsdiqləmək qərarına gəlib", - Manole bildirib.

Manole əlavə edib ki, ümumilikdə referendumda seçicilərin üçdə biri iştirak edib. Onun sözlərinə görə, onların əksəriyyəti Moldova Konstitusiyasına ölkənin Avropa İttifaqına daxil olmaq istəyi ilə bağlı maddənin daxil edilməsi təşəbbüsünü dəstəkləyib.


Müəllif: Arzu
Избранный
15
teleqraf.com

1Источники