RU

Metyu Miller: ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” hesabında yazıb.

Onun sözlərinə görə, bu qərar davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir.

“Biz regionda təhlükəsizlik və rifah naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin fəaliyyətini dəstəkləyirik”, - Miller qeyd edib.

Избранный
5
25
apa.az

10Источники