RU

Kanada Rusiyanın dərinliklərinə zərbələr endirilməsini dəstəkləyir

Kanada

Kanada müttəfiq ölkələrin liderlərini Ukrayna hərbçilərinin Rusiya Federasiyası ərazisindəki hədəflərə uzaqmənzilli silahlarla zərbələr endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağın zəruriliyinə inandırmağa çalışır.

Reyting.az
xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli Monrealda keçirilən Dünya Formula konfransında deyib.

Onun sözlərinə görə, bu, Ukraynanın özünümüdafiəsi üçün zəruri şərtdir:

“Biz Ukraynanın Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə etməsini bəyənirik, çünki Ukrayna özünümüdafiə üçün bu silaha ehtiyac duyur, biz də digər ölkələri bu mövqeyi qəbul etməyə inandırmağa çalışırıq”.

Xatırladaq ki, Ukrayna Qərb tərəfdaşlarını onların verdikləri uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələrendirməyin vacibliyinə inandırmağa çalışırlar.

Prezident Vladimir Zelenski sistematik olaraq müttəfiqləri düşmən xəttinin arxasındakı işğalçıların hərbi obyektlərinə zərbə endirməsinə qoyulmuş qadağanı ləğv etməyə çağırır. Onun sözlərinə görə, hələlik bütün tərəfdaşların yekdil rəyi yoxdur.

Eyni zamanda, NATO-nun yeni baş katibi Mark Rutte Ukraynaya Rusiya Federasiyasındakı hədəfləri Qərbin uzaqmənzilli silahları ilə vurmaq icazəsinin verilməsini dəstəkləyib. Bununla belə, o qeyd edib ki, belə qərarlar bu silahları ötürən müttəfiqlər tərəfindən verilməlidir.

E. KAMAL
Избранный
34
reyting.az

1Источники