Gürcüstanda keçirilən parlament seçkilərinə üçüncü dövlətlərin müdaxiləsi olub.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bu seçkilər görünməmiş kənar müdaxilələrin, o cümlədən xarici pulların şahidi oldu”, - baş nazir bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan 2025-ci ilin əvvəlində Qərblə münasibətlərini nəzərdən keçirəcək: “Bu, gələn ilin birinci rübündə olmalıdır”.
Müəllif: Mənsur Rəğbətoğlu