RU

“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı

Erik ten Haqla yollarını ayıran “Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Ruben Amorim komandanın yeni baş məşqçisi təyin edib.

39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər qüvvədə olan müqavilə imzalanıb. Portuqal mütəxəssisin müqaviləsini 1 illik uzatma variantı var.

Ruben Amorim komandaya noyabrın 11-də qoşulacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

Türkiyə millisinin üzvü Bundesliqa nəhənginə keçə bilər

“Valensiya”nın sabiq üzvü daşqınlar nəticəsində həlak olub

Arda Güler "Real"da qalacaq?

“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarılır

Argentina klubu İkardi ilə maraqlanır

Избранный
14
5
apasport.az

10Источники